|
|
Şirkət haqqında
DNS Computers şirkəti Azərbaycanın kompüter texnologiyaları sferasında aparıcı brendlərdən biri hesab olunur. Şirkətin fəaliyyətinin əsas istiqaməti kompüter avadanlıqları və proqram təminatının satışı və servisi üzərində köklənmişdir.
Hazırda DNS Computers korporativ saytında yerləşən internet-mağaza, Bakı şəhərində 11 mağaza, Sumqayıtda 2 mağaza, Lənkəran, Astara, Yardımlı, Gəncə, Xaçmaz və Şəki şəhərlərində 1 mağaza, həmçinin ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən onlarla nümayəndəlikləri ilə əhaliyə xidmət göstərir.
DNS Computers mağazalarında dünyanın aparıcı kompüter istehsalçılarının məhsulları, o cümlədən HP, Acer, Asus, Apple, Toshiba, Sony, Samsung, LG, Dell, Genius, və s. yer almaqdadır. Mağazalarda kompüter texnologiyalarına aid geniş çeşiddə məhsullar, o cümlədən kompüterlər, noutbuklar, kompüter aksessuarları və periferiya, həmçinin audio, foto və video texnika müştərilərə təqdim olunur.
Mağazalarda alış şərtlərini rahatlaşdırmaq məqsədilə DNS Computers Azərbaycanın pərakəndə bank sektorunun 2 aparıcı təmsilçisi - Access Bank və Bank of Baku ilə istehlak kreditləri sahəsində sıx əməkdaşlıq edir. Uğurlu əməkdaşlıq təcrübəsi sayəsində DNS Computers hazırda əməkdaşlıq etdiyi hər iki bankın ən əlverişli kredit şərtlərini müştərilərinə təqdim etmək imkanına malikdir.
DNS Computers-in rəqabətli üstünlüklərindən biri də şirkət əməkdaşlarının, xüsusilə də satış məsləhətçilərinin peşəkarlığı, biliyi və təcrübəsidir. Düşünülmüş və uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə söykənən insan resursları siyasəti DNS Computers-də uğura istiqamətlənmiş təcrübəli komandanın formalaşması üçün münbit zəmin yaratmışdır.
Müştərilərin ehtiyaclarının qarşılanması istiqamətində hərtərəfli fəaliyyəti ilə yanaşı, DNS Computers korporativ idarəetmənin təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verir. Bununla bağlı aparılan məqsədyönlü işin nəticəsi olaraq şirkət 2009-cu ilin əvvəllərində ISO 9001-2000 beynəlxalq keyfiyyət idarəetməsi sertifikatına layiq görülmüşdür.
|
|