|
|
Servis
Sizcə kompüterdə ən vacib olan nədir?
Prosessorun sürəti? Operativ yaddaşın həcmi? Sürətli və həcmli videokart? Bəlkə sərt diskin yaddaşının həcmi?
Sözsüz ki, bütün bunlar vacib əhəmiyyət daşıyır. Lakin biz hesab edirik ki, sizin “dəmir dostunuzun” qüsursuz, sabit və etibarlı işi hər şeydən daha vacibdir. Əgər o həddən artıq “düşünürsə”, müntəzəm sıradan çıxırsa və yaxud gözlənilmədən sönürsə, bu halda onun konfiqurasiyası və texniki parametrləri faktiki olaraq öz əhəmiyyətini itirir. Kompüterinizin peşəkar mütəxəssisin müayinəsindən keçib “xəstəliklərdən qurtulmaq” vaxtıdır.
Kompüterin təmiri kifayət qədər çətin prosesdir və istifadəçidən müəyyən peşəkarlıq səviyyəsi tələb edir. Kifayət qədər əksər hallarda lazımı bilik və təcrübəyə malik olmadan istifadəçilər kompüteri özləri təmir etməyə cəhd göstərirlər və son nəticədə yaranmış problemləri daha da mürəkkəbləşdirirlər. Bu təcrübələrin bir çoxu istifadəçilərin fayllarının silinməsinə, sistemin yenidən yazılması ilə bağlı problemlərə, kompüterin bəzi hissələrinin müxtəlif zədələr almasına və s. səbəb olur.
Kvalifikasiyası aşağı olan “ustalara” güvənmək də müəyyən risk daşıyır. Hal-hazırda müxtəlif statistik məlumatlara əsasən Azərbaycanda əhalinin 20-25%-i kompüter istifadəçisidir. Sözsüz ki, bütün kompüter istifadəçiləri gec və ya tez peşəkar mütəxəssislərin xidmətlərindən istifadə etməli olurlar. Lakin təəssüf ki, bu həcmdə tələbata baxmayaraq bugünkü gün ölkədə ixtisaslaşmış kompüter servisi mərkəzlərinin sayı olduqca azdır.
Müştərilərimizə yüksək səviyyəli kompüter servisi xidməti göstərmək üçün biz Azərbaycanın ən peşəkar, dinamik inkişaf edən və prezentabelli servis mərkəzlərindən biri olan CompClinic şirkəti ilə əməkdaşlıq edirik. Bu şirkətdə mütəxəssislərin bilik səviyyəsi, iş sxemi, işgüzar atmosfer, korporativ mədəniyyət və s. müsbət cəhətlər müştərilərimizin ehtiyaclarının yüksək səviyyədə qarşılanması üçün münbit zəmin yaradır və ən sonda “Razı müştəri” obrazının formalaşmasını təmin edir.
Hal-hazırda CompClinic müştərilərimizə geniş çeşiddə kompüter servisi xidmətləri göstərməkdədir. Bura daxildir:
- Kompüter və noutbukların təmiri;
- Kompüter və noutbukların təkmilləşdirilməsi/modernizasiyası (upgrade);
- Monitor, printer və digər ofis texnikasının təmiri;
- Kompüterin itirilmiş məlumatlarının bərpası;
- Virusların silinməsi, effektiv müdafiə sistemlərinin qurulması;
- Kartriclərin doldurulması;
- Korporativ abunə xidmətləri;
- Müxtəlif növ korporativ xidmətlər (şəbəkənin qurulması, kompüter parkının dəstəklənməsi, serverlərin texniki dəstəyi və s.)
CompClinic, həmçinin dünyanın ən məşhur brendlərinin avtorizasiyalı servis mərkəzi statusuna malikdir:
Biz onlara ən dəyərli kapitalımızı – müştərilərimizi həvalə etdik! CompClinic-in xidmətlərindən istifadə etsəniz, siz də seçimimizi dəstəkləyəcəksiniz.
CompClinic Zəmanət talonu (.pdf, yüklə)
Servis-mərkəzinə müraciət qaydaları (.pdf, yüklə)
Obyektin xəritəsi (.pdf, yüklə)
|
|