|
|
Kreditlə satış
Kompüter almağa qərar verdiniz?! Çox gözəl! O halda sizə DNS Computers mağazalarından alış etməyin daha bir üstünlüyü barədə məlumatlandırmaq istəyirik.
Kompüterlərin kreditlə satışı yerli bazarda 7-8 ildir ki tətbiq olunur, bu səbəbdən müştərilər alış etmədən öncə mağazalarda qüvvədə olan kredit şərtləri barədə ətraflı məlumat toplayıb müqayisələr aparırlar. Biz sizi DNS Computers mağazalarındakı kredit şərtləri barədə ətraflı məlumatlandırmaq niyyətindəyik. Bu səhifədəki məlumatlarla tanış olduqdan sonra sizə seçiminizi qətiləşdirmək daha rahat olacaq.
Biz ölkənin pərakəndə bankçılıq istiqamətində 2 ən iri bankı – Bank of Baku və Access Bank ilə əməkdaşlıq edirik! Bu isə öz növbəsində müştərilərimizə seçim və müqayisə etmək imkanı, həmçinin hər iki bankın müntəzəm kampaniyalarından faydalanmaq imkanı yaradır (məsələn: Şəxsiyyət vəsiqəsi ilə kredit, Tələbə krediti, Rayon qeydiyyatında olanlar üçün kredit və s.).
Hazırda sizə siyahı şəklində bizim bütün qüvvədə olan kredit layihələrimizi təqdim edirik:
Şəxsiyyət vəsiqəsi ilə kredit (Bank of Baku)
- Tələb olunan sənədlər: şəxsiyyət vəsiqəsi
- Qeydiyyat: Bakı, Sumqayıt və Abşeron
- Yaş: 18 - 65 (müştərinin 20 yaşı tamam olmayıbsa, bu halda onun valideynlərindən birinin zaminliyi tələb olunur)
- Məbləğ: 150 – 1500 AZN
- İlkin ödəniş: 0%, yəni tələb olunmur
- Kredit müddəti: 3 – 24 ay
- Faiz dərəcəsi: 34% illik (effektiv faiz dərəcəsi 19.2%)
- Kreditləşmə komissiyaları: kredit məbləğinin 5%-i
Arayışlı kredit (Bank of Baku)
- Tələb olunan sənədlər: iş yerindən arayış və şəxsiyyət vəsiqəsi
- Qeydiyyat: Bakı, Sumqayıt, Abşeron, Bankın filialları olan rayonlar (Gəncə, Şəki, Lənkəran və s.)
- Yaş: 18 - 65 (müştərinin 20 yaşı tamam olmayıbsa, bu halda onun valideynlərindən birinin zaminliyi tələb olunur)
- Məbləğ: 150 – 1500 AZN
- İlkin ödəniş: 0%, yəni tələb olunmur
- Kredit müddəti: 3 – 24 ay
- Faiz dərəcəsi: 36% illik (effektiv faiz dərəcəsi 20.4%)
- Kreditləşmə komissiyaları: kredit məbləğinin 5%-i
Arayışlı kredit (Access Bank)
- Tələb olunan sənədlər: iş yerindən arayış şəxsiyyət vəsiqəsi
- Qeydiyyat: Bakı, Sumqayıt və Abşeron
- Yaş: 20 - 65
- Məbləğ: 150 – 1500 AZN
- İlkin ödəniş: 0%, yəni tələb olunmur
- Kredit müddəti: 3 – 24 ay
- Faiz dərəcəsi: 36% illik (effektiv faiz dərəcəsi 20.4%)
- Kreditləşmə komissiyaları: kredit məbləğinin 1%-i
İstənilən malın kreditlə aylıq ödənişlərini hesablamaq üçün kredit kalkulayorundan istifadə edin
Kreditin filialda rəsmiləşdirilməsi ilə yanaşı, biz bəzi mağazalarımızda KREDİTİN MAĞAZADA RƏSMİLƏŞDİRİLMƏSİ şəraitini yaratmışıq. Bu, müştərilərimizə banka getmədən aldıqları malı dərhal mağazada kreditləşməsinə imkan yaradır.
Hal-hazırda mağazada rəsmiləşdirmə olan DNS Computers mağazaları bunlardır:
Mağaza № 1:
Nəsimi r., Nizami 79 («Vətən» kinoteatrı ilə üzbəüz) Xəritə
tel.: (012) 493 0160
Mağaza № 6:
Nəsimi r., R.Behbudov 26 (R.Behbudov və D.Əliyeva küçələrinin kəsişməsində) Xəritə
tel.: (012) 511 5460
|
|