Karyera
Azərbaycanda Kompüter texnologiyaları sahəsində öz xidmətlərinə görə aparıcı şirkət olan, ən nüfuzlu kompüter brendlərinin bir çoxunun Azərbaycanda rəsmi distrubyutoru olan “DNS Computers” şirkətinin peşəkar kollektivinə qoşulmaq, öz bilik və təcrübənizi bizim kollektivlə davam etdirmək imkanını əldə etmək, təhsilinizi başa vurub və karyeranızı praktikadan qurmağa başlamaq istəyirsinizsə, biz sizi gözləyirik!
“DNS Computers” şirkəti aşağıdakı vakansiyaları hal-hazırda açıq elan edir:
- Marketinq mütəxəssisi.
Namizədlərə olan tələblər:
- Yaşı: 20-27
- Təhsili: Ali
- Kompüter bilikləri: MS Word, Excell, 1C və İnternetlə işləyə bilmə
- Ən azı satış qaydaları və müştəri xidmətləri üzrə bilikləri olmalıdır
- Ünsiyyətcil, məqsədyönlü, karyerasını marketinq və satış istiqamətində qurmaq arzusunda olan gənclər tələb olunur.
İşin qısa təsviri:
- Müştəri portfelini artırılması və sifarişlərin icrasının nəzarəti
- İş günün planlaşdırılması və hesabatların zamanında verilməsi
- Layihə tipli satışların, təqdimatların təşkili.
İş qrafiki:
- Həftə içi 5 gün: 09:00-19:00
Əmək haqqı:
- 200-800 AZN(təcrübəsinə və peşəkarlıq dərəcəsinə əsasən);
(Stajor - Kicik Mütəxəssis – Mütəxəssis – Baş Mütəxəssis – Supervayzer)
Diqqət! Qeyd olaraq bildirək ki, marketinq mütəxəssisi kimi yetəri qədər təhsil və yaxud təcrübəsi olmayan namizədlər üçün, intervyuda yüksək ünsiyyət və etika bacarıqlarını nümayiş etdirən və karyerasını marketinq üzrə qurmaq istəyən şəxslərə, Rəhbərliyin tövsiyəsi ilə - “DNS Express” şöbəsində sınaq müddəti ərzində - ödənişsiz tədris və praktika planı təşkil edilir!
Beləliklə siz, həm peşəkar bilik və təcrübəyə nail olmaqla bərabər, həm də gələcəyi perspektivli sahələrində sabit iş yeri əldə edə bilərsiniz!
- Satış meneceri.
Namizədlərə olan tələblər:
-Yaşı: 20-25
- Təhsili: Ali
- Kompüter bilikləri: Hardware, Software
- Ünsiyyətcil, məqsədyönlü, karyerasını satış istiqamətində qurmaq arzusunda olan gənclər tələb olunur.
İşin qısa təsviri:
- Mağazada satış əməliyyatlarının həyata keçirilməsi.
İş qrafiki:
- Həftə içi 6 gün: 10:00-20:00
Əmək haqqı:
Namizədlərə olan tələblər:
- Yaşı: 20-30
- Təhsili: Ali
- Kompüter bilikləri: Orta
- Təcrübəsi: Mikro kreditlər üzrə, ən azı 1 ilə yaxın təcrübəsi olan əməkdaşlar tələb olunur.
İşin qısa təsviri:
- Mağazada kreditləşmə əməliyyatının həyata keçirilməsi.
İş qrafiki:
- Həftə içi 6 gün: 10:00-20:00
Əmək haqqı:
300-600 AZN.
Uyğun olan namizədlərin İŞƏ QƏBUL ÜÇÜN MÜRACİƏT FORMASINI yükləyib irs@dns.az ünvanına göndərməkləri tələb olunur.
Şəkil olmayan CV-lər qəbul olunmayacaqdır.
Siz göndərdiyiniz CV Forma diqqət cəlb etdiyi halda, bizim mütəxəssislər özləri sizinlə əlaqə saxlayıb görüşə dəvət edəcəklər. 1 həftə ərzində cavab verilmədiyi halda – sizi artıq narahat edən olmacaq.
|